Tramp: Tehranla razılaşma olmazsa, hərbi əməliyyatlar başlaya bilər

1 Min Read

ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehranla Vaşinqton üçün faydalı bir razılaşma əldə olunmaması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər.

“Nəticə etibarilə, bizə heç bir fayda verməyən bir razılaşma son həddir. Mən bu barədə düşünürəm və görəcəyik”, – deyə Tramp “Fox News”a verdiyi müsahibədə bildirib. Müsahibənin tam versiyasının şənbə günü yerli vaxtla saat 21:00-da yayımlanacağı qeyd olunur.

ABŞ prezidenti vurğulayıb ki, iranlılar “çox yaxşı danışıqlar aparan tərəf” olsalar da, sərfəli razılaşma üçün əsas üstünlüklərin Vaşinqtonun əlində olduğunu düşünür.

“Onlar hiyləgərdirlər, amma nəticə etibarilə bütün kozırlarımız bizdədir, çünki onları hərbi cəhətdən məğlub etmişik”, – deyə o bildirib.

Daha əvvəl “Axios” portalı mənbələrə istinadən ABŞ və İran arasında danışıqlar aparan tərəflərin silahlı münaqişənin dayandırılması və nüvə məsələsi üzrə danışıqların başlanması ilə bağlı anlaşma memorandumunun layihəsini hazırladıqlarını yazıb. Lakin Trampın hələ bu sənədi təsdiqləmədiyi bildirilir. İran mediası isə bu məlumatı təkzib edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş