J.D. Vens: İranla danışıqlarda irəliləyiş var, lakin razılaşma hələ tamamlanmayıb

1 Min Read

ABŞ-ın vitse-prezidenti J.D. Vens İranla aparılan danışıqlarda irəliləyiş olduğunu bildirib və qeyd edib ki, onun qiymətləndirməsinə görə Tehran Vaşinqtonla “vicdanla dialoq aparır”.

“Biz həqiqətən düşünürük ki, onlar (İran) ən azı indilik vicdanla danışıqlar aparırlar və biz irəliləyirik”, – deyə o bildirib.

Eyni zamanda Vens razılaşmanın şərtlərinin hələ tam razılaşdırılmadığını vurğulayıb. Onun sözlərinə görə, tərəflər razılaşmaya yaxın olsalar da, bütün məsələlərin həll olunacağına dair zəmanət verməkdən imtina edib.

O, bununla yanaşı, ümumi prosesə münasibətdə “olduqca nikbin” olduğunu da əlavə edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş