1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə əngəlli uşaqlar üçün xüsusi bayram tədbiri təşkil olunub. Tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlara sevinc bəxş etmək, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və bayram əhval-ruhiyyəsini onlarla bölüşmək olub.
Tədbirdə müxtəlif sahələri təmsil edən ictimai xadimlər, idmançılar, mədəniyyət nümayəndələri, blogerlər və xeyriyyə təşkilatlarının rəhbərləri iştirak ediblər.
Fəxri qonaqlar sırasında Azərbaycan Respublikasının Kikboksinq Federasiyasının vitse-prezidenti Elşən Abdulrəhimov, Xüsusi Təyinatlı Qüvvələrinin Kikboksinq üzrə İdman Klubunun baş məşqçisi Muxtar Allahyarov, Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova, İzmedia. az-ın rəhbəri Marif Arif oğlu, Vətən Övladları Xeyriyyə Cəmiyyətinin rəhbəri Əhməd bəy, Sağlam Düşünən Analar Cəmiyyətinin rəhbəri Təranə xanım, Atasız Uşaqlara Dəstək Yardım Qrupunun rəhbəri Məleykə xanım, ictimai fəal Elçin Ləmbəranski, aktyor Amil Camaloğlu, həkim Sahib Sərhatlı, astroloq Orxan Oruc, blogerlər Tərlar Rzazadə və Bərbər Mirror, eləcə də gənc yazar Aysel xanım yer alıblar.
Tədbirin təşkilati işlərində Günay və Aysel də yaxından iştirak ediblər.
Bayram proqramı çərçivəsində tanınmış ifaçılar uşaqlar qarşısında çıxış edərək onlara unudulmaz anlar yaşadıblar. Səhnədə müğənnilər Zəmimə Duyğu, Aynur Kərimli, Nurlan Ordubadlı, Günel Tovuzlu, Aynur xanım, Dəniz Əsədova, Bəndəniz Nur, Anar Məmmədov, Vüsal bəy, Ləman xanım və reper Alişka Lider çıxış ediblər.
Tədbirin təşkilatçısı və sponsoru “Mənim Mələklərim” İctimai Birliyinin rəhbəri Ülviyyə Həsənli olub. Tədbirin aparıcılığını isə jurnalist Mətanət Akifqızı həyata keçirib.
Bayram tədbiri uşaqların sevinci, musiqi nömrələri və səmimi görüşlərlə yadda qalıb. İştirakçılar bu cür layihələrin xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial həyata daha fəal qoşulmasına mühüm töhfə verdiyini vurğulayıblar.

![]()

