Péter Magyar Mərkəzi Bankın binasındakı qonaq tualetindən çəkdiyi video ilə mübahisələrə səbəb olub.
Macarıstanlı siyasətçi videoda əvvəlki rəhbərliyin israfçılığını və dəbdəbəli interyerlərini tənqid etməyə çalışsa da, paylaşım gözlədiyi effekti verməyib.
Zoltan Koshkovich baş nazirin çıxış üçün tualeti seçməsini sərt tənqid edərək bunu uğursuz PR addımı adlandırıb. Analitik bildirib ki, dövlət rəhbərinin ictimai müraciətini sanitar qovşaqda çəkməsi uyğun deyil.
Onun sözlərinə görə, videoda göstərilən interyerlər də elə xüsusi dəbdəbəli görünmür və siyasətçinin irəli sürdüyü ittihamları əsaslandırmır.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və baş nazirin ünvanına müxtəlif reaksiyalar doğurub.
izmedia.az
![]()
