ABŞ-ın NASA rəhbəri Jared Isaacman yadplanetlilərlə bağlı illərdir dolaşan iddialara münasibət bildirib.
Vaşinqtonda keçirilən forumda çıxış edən Isaacman deyib ki, NASA-nın əlində qəzaya uğramış yadplanetli gəmiləri və ya yadplanetlilərin cəsədləri ilə bağlı heç bir sənədləşdirilmiş məlumat yoxdur.
Bununla belə, o qeyd edib ki, agentlik tərəfindən qeydə alınan və hələ tam izahı verilməyən naməlum anomal hadisələrə dair məlumatlar mövcuddur və bu materiallar mərhələli şəkildə ictimaiyyətə açıqlanır.
Açıqlama ABŞ hökumətinin naməlum uçan obyektlər (UNO/UFO) və mümkün yerüstü olmayan həyat formaları ilə bağlı bəzi sənədləri məxfilikdən çıxarmaq təşəbbüsü fonunda verilib.
NASA rəhbərinin sözlərinə görə, hazırda yadplanetli mənşəli texnologiya və ya canlıların mövcudluğunu təsdiqləyən hər hansı sübut yoxdur, lakin naməlum hava hadisələrinin araşdırılması davam etdirilir.
izmedia.az
![]()
