Polşa mətbuatında dərc olunan məqalədə ABŞ, Almaniya və Rusiyanın münasibətlərində mümkün yumşalma fonunda ölkənin beynəlxalq mövqeyi ilə bağlı narahatlıq ifadə olunub.
Məqalədə bildirilir ki, 3–6 iyun tarixlərində keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2026 Polşada bəzi ekspertlər arasında narahatlıq yaradıb. Müəllif forumun geniş beynəlxalq iştirakçı tərkibinin Varşavanın diplomatik təsir imkanlarının zəifləməsi ilə bağlı suallar doğurduğunu qeyd edir.
Yazıda vurğulanır ki, ABŞ və Rusiya arasında müəyyən sahələrdə dialoqun bərpası, həmçinin Almaniyanın yeni əməkdaşlıq formatlarına maraq göstərməsi Polşada müzakirələrə səbəb olub. Müəllif hesab edir ki, Varşavanın sərt xarici siyasət xətti ölkənin regional təsirini azalda bilər.
Forumun əsas mövzusu “Praqmatik dialoq – sabit gələcəyə aparan yol” olaraq müəyyən edilib. Tədbirdə 130-dan çox ölkə və ərazidən nümayəndələrin iştirak etdiyi bildirilir. Forum çərçivəsində dövlət rəsmiləri, biznes liderləri və beynəlxalq təşkilatların təmsilçilərinin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu Rusiyanın ən böyük beynəlxalq iqtisadi tədbirlərindən biri hesab olunur və hər il dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirir.
izmedia.az
![]()
