ABŞ-da federal hakim Con F. Kennedi adına İfa Sənətləri Mərkəzinin adından Prezident Donald Trampın adının çıxarılması barədə qərar verib. Bununla da mərkəzin genişmiqyaslı təmiri və iki il müddətinə bağlanması ilə bağlı planlar müvəqqəti olaraq dayandırılıb.
CBS News-un məlumatına görə, qərar demokrat konqresmen və mərkəzin Direktorlar Şurasının üzvü Coys Bittinin məhkəməyə müraciətindən sonra qəbul edilib.
İddiaya əsasən, mərkəzin adının dəyişdirilməsi və obyektin bağlanması ilə bağlı qərarlar Direktorlar Şurasının səlahiyyətlərini aşaraq qəbul olunub.
Federal hakim işi araşdırdıqdan sonra şuranın səlahiyyət həddini aşdığı qənaətinə gəlib və Trampın adının qurumun adından çıxarılmasına göstəriş verib.
Qərar nəticəsində Kennedi Mərkəzinin adının dəyişdirilməsi ilə bağlı proses dayandırılıb, həmçinin planlaşdırılan yenidənqurma işləri və ikiillik bağlanma layihəsi müvəqqəti olaraq qüvvədən düşüb.
İzmedia.az
![]()

