ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Kuba ilə bağlı geniş planları var və ölkədəki mövcud siyasi sistemin dəyişdirilməsini zəruri hesab edir.
Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı qeyd edib ki, ABŞ-ın Kuba ilə bağlı planları müsbət nəticələrə yönəlib.
“Kuba ilə bağlı çox yaxşı planlarımız var. Düşünürəm ki, rejimdən qurtulmalıyıq. Rejim çox sərt və çox xoşagəlməz olub”, – deyə ABŞ prezidenti bildirib.
Tramp Kubada mümkün dəyişikliklərin necə həyata keçirilə biləcəyi və ya Vaşinqtonun bu istiqamətdə hansı addımları nəzərdə tutduğu barədə əlavə məlumat verməyib.
İzmedia.az
![]()

