Latviya Prezidenti Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib

1 Min Read

 

 

Latviya Prezidenti Edqars Rinkeviçs sosial şəbəkədəki X hesabında Ermənistanın Baş naziri Nikol Paşinyanı partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

“Baş nazir Nikol Paşinyan, inamlı seçki qələbəniz münasibətilə sizi təbrik edirəm”, – deyə Rinkeviçs paylaşımında bildirib.

Latviya Prezidenti qeyd edib ki, Ermənistan təhdid və təzyiqlərə baxmayaraq, öz demokratik yolunu seçib.

Rinkeviçs vurğulayıb ki, Latviya Ermənistanın yanında qətiyyətlə dayanır və Ermənistanla Avropa İttifaqı arasında daha sıx münasibətlərin inkişafını dəstəkləyir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş