NHK televiziyasının iyunun 8-də yaydığı məlumata görə, Filippində baş verən güclü zəlzələdən sonra yaranan sunami təhlükəsi səbəbindən Yaponiyanın Mie prefekturasında 42 mindən çox nəfər üçün təxliyə əmri verilib.
Telekanalın məlumatında bildirilir ki, Şima şəhərində 22 201 ev təsərrüfatını əhatə edən 42 611 nəfər üçün təxliyə qərarı qəbul olunub.
Məlumata görə, Kaqoşima, Ayçi və Şizuoka prefekturalarında yerləşən bir sıra şəhərlərdə də təxliyə elan edilib.
NHK-nın xəbərində qeyd olunur ki, təxliyə tədbirləri Naha və Koti şəhərlərinin sakinlərinə də şamil olunub.
İzmedia.az
![]()

