Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyana Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.
Tokayev mesajında bildirib ki, beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirmələrinə əsasən, Ermənistanda seçki prosesi açıq şəkildə, ölkənin qanunvericiliyinə tam uyğun və vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün zəruri şərait yaradılmaqla keçirilib.
Qazaxıstan Prezidenti Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqlarının həyata keçirilməsinə yönəlmiş fəaliyyətində uğurlar arzulayıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır.
Sonda o, erməni xalqına dövlətçiliyin inkişafı yolunda uğurlar, həmçinin sülh, əmin-amanlıq və rifah arzulayıb.
İzmedia.az
![]()

