Fars körfəzində gəmilərə 29 hücum qeydə alınıb

1 Min Read

 

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Ticarət Dəniz Əməliyyatları Koordinasiya Mərkəzinin (UKMTO) 28 fevral – 8 iyun tarixlərini əhatə edən statistik hesabatına görə, münaqişənin başlanmasından bəri Fars körfəzi regionunda gəmilərə 29 hücum baş verib.

Hesabatda bildirilir ki, mərkəz Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazında qeydə alınan hadisələrlə bağlı ümumilikdə 54 xəbərdarlıq alıb.

Məlumata əsasən, hücumlarla yanaşı, 23 şübhəli fəaliyyət və iki gəmi qaçırılması hadisəsi də qeydə alınıb.

Sənəddə qeyd olunur ki, son həftələr ərzində insidentlərin sayında müəyyən azalma müşahidə edilib. Belə ki, mayın 5-dən etibarən dörd yeni hücum və beş şübhəli fəaliyyət faktı qeydə alınıb.

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə isə, münaqişənin başlanmasından bəri regionda ümumilikdə 41 hadisə baş verib. Nəticədə 11 dənizçi həyatını itirib, bir neçə nəfər isə ağır yaralanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş