ABŞ Prezidenti Donald Tramp oktyabrın 7-də Texasda keçirilən tədbirdə çıxışı zamanı etiraz şüarları səsləndirən şəxslərin səhnədən və zaldan kənarlaşdırılması barədə təhlükəsizlik xidmətinə göstəriş verib. Ağ Ev rəhbəri tənqidi nitqində Demokratlar partiyasını hədəf alaraq onların idarəçiliyi altında ABŞ şəhərlərinin acınacaqlı vəziyyətə düşdüyünü iddia edib.
Çıxış zamanı zalda yaranan narazılıq və qışqırıqlardan sonra təhlükəsizlik əməkdaşları etirazçılara müdaxilə edərək onları tədbir keçirilən ərazidən çıxarıblar. İnsidentə sərt reaksiya verən ABŞ lideri etirazçıları kəskin tənqid edərək zaldan uzaqlaşdırılan şəxslər barəsində təhqiramiz ifadələr işlədib və təhlükəsizlik xidmətinin müdaxiləsi ilə digər müxalif ruhlu şəxslər də ərazidən uzaqlaşdırılıb.
İzmedia.az
![]()

