İran ABŞ-yə çağırış etdi: “Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”

1 Min Read

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı Yaxın Şərq ölkələrindən hərbi qüvvələrini çıxarmağa çağırıb.

O, X sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib: “Silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin”.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı İrana qarşı zərbələr endirə biləcəyini açıqlamışdı. Bu bəyanat Hörmüz boğazı üzərində ABŞ-a məxsus “Apache” helikopterinin vurulmasından sonra səsləndirilib.

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına hücum edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş