Polşa hakimiyyəti Ukrayna ilə ən işlək sərhəd-keçid məntəqələrindən biri olan “Şeqini–Medıka” məntəqəsində avtobusların hərəkətinə məhdudiyyət tətbiq edib. 15 iyun tarixindən etibarən Ukraynadan Polşaya gələn avtobusların bu keçid məntəqəsindən daxil olmasına icazə verilməyəcək. Məhdudiyyətlərin 2027-ci ilin noyabr ayına qədər davam edəcəyi bildirilib.
Rəsmi məlumata görə, qərarın səbəbi Polşa istiqamətində avtobus zolağında aparılacaq genişmiqyaslı təmir işləridir. Bununla belə, Polşadan Ukraynaya gedən avtobusların hərəkəti əvvəlki qaydada davam edəcək.
Ukrayna Gömrük Xidməti daşıyıcılara marşrutlarını əvvəlcədən dəyişməyi və “Krakovets–Korçova” və “Rava-Ruska–Qrebenne” kimi alternativ sərhəd-keçid məntəqələrindən istifadə etməyi tövsiyə edib.
Mütəxəssislər hesab edirlər ki, bu qərar minlərlə sərnişin və beynəlxalq sərnişindaşıma şirkətləri üçün əlavə çətinliklər yaradacaq. Alternativ keçid məntəqələrinin artıq yüksək yüklənmə ilə işlədiyi nəzərə alınarsa, uzun növbələrin yaranması və beynəlxalq avtobus biletlərinin qiymətlərinin artması ehtimalı da var.
izmedia.az
![]()
