Tramp Hörmüz boğazında gizli hərbi əməliyyat keçirildiyini açıqlayıb

Nərmin
1 Min Read

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında gizli əməliyyat həyata keçirərək 200-dən çox ticarət gəmisinin, o cümlədən neft tankerinin təhlükəsiz keçidini təmin edib.

Trampın sözlərinə görə, bu əməliyyat üçün təxminən bir ay əvvəl məxfi göstəriş verilib. O qeyd edib ki, nəticədə dünya bazarına 100 milyondan çox barel neft daşınıb və strateji əhəmiyyətə malik boğazdan yüzlərlə gəmi təhlükəsiz şəkildə keçə bilib.

ABŞ lideri həmçinin iddia edib ki, hazırda bu mühüm dəniz marşrutu üzərində nəzarət Vaşinqtonun əlindədir və İran həm hərbi, həm də iqtisadi baxımdan məğlub vəziyyətdədir. O, “İran üçün hər şey bitib” ifadəsini işlədib.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri hesab olunur və qlobal neft tədarükünün təxminən 20 faizi bu boğaz vasitəsilə həyata keçirilir.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş