Kanadada plastik cərrah Martin Cugenburq (Martin Jugenburg) pasiyentləri gizli şəkildə izlədiyi və onları xəbərləri olmadan videoya çəkdiyi üçün məhkəmə tərəfindən 22,5 milyon Kanada dolları məbləğində təzminat ödəməyə məhkum edilib.
Məlumata görə, həkim 2012-ci ildən etibarən xəstəxananın müxtəlif hissələrində, o cümlədən əməliyyat otaqları, müayinə otaqları və geyinmə yerlərində gizli kameralar quraşdırıb. Kameralar gecə-gündüz işləyib və o, görüntülərə mobil telefonu vasitəsilə uzaqdan çıxış əldə edib.
Hadisə 2018-ci ildə jurnalist araşdırmasından sonra üzə çıxıb. Araşdırma nəticəsində məlum olub ki, çoxsaylı qadın pasiyentlər paltarlarını dəyişərkən və ya tibbi prosedurlar zamanı onların xəbəri olmadan çəkiliş aparılıb.
Cərrah məhkəmədə kameraların təhlükəsizlik məqsədilə quraşdırıldığını iddia etsə də, məhkəmə bu izahı qəbul etməyib və zərərçəkənlərin xeyrinə 22,5 milyon Kanada dolları həcmində kompensasiya ödənilməsinə qərar verib.
izmedia.az
![]()
