ABŞ ordusu İrana endirilən zərbələr zamanı Tomahawk qanadlı raketlərindən istifadə edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, raketlər Ərəbistan dənizində yerləşən hərbi gəmilərdən buraxılıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əməliyyat zamanı İran hədəflərinə 49 Tomahawk raketi atılıb, həmçinin hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi üçün qırıcı təyyarələr cəlb olunub.
CENTCOM-un açıqlamasında qeyd olunub ki, zərbələr İranın hərbi müşahidə vasitələrinə, rabitə sistemlərinə və hava hücumundan müdafiə obyektlərinə yönəlib. ABŞ tərəfi əməliyyatın özünümüdafiə məqsədilə həyata keçirildiyini bildirib.
İran mediası ölkənin altı bölgəsində güclü partlayışların baş verdiyini xəbər verib.
İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və SEPAH isə Hörmüz boğazının bütün növ gəmilər üçün bağlandığını elan edib.
İzmedia.az
![]()

