Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə yaradılan çoxmillətli hərbi missiyada iştirak edəcək.
Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, ölkə missiyaya E-7A Wedgetail uzaqmənzilli radar aşkarlama və idarəetmə təyyarəsi ayıracaq. Təyyarə Böyük Britaniya və Fransanın rəhbərliyi altında fəaliyyət göstərəcək.
Bəyanatda vurğulanıb ki, əməliyyat müdafiə xarakteri daşıyır və əsas məqsəd Hörmüz boğazında naviqasiya azadlığını qorumaqdır.
Böyük Britaniya isə missiyaya Typhoon qırıcıları, HMS Dragon esminesi, pilotsuz dəniz sistemləri və mina axtarış avadanlıqları cəlb etməyi planlaşdırır.
Tərəflər bildiriblər ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi qlobal iqtisadiyyat, enerji təchizatı və enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.
İzmedia.az
![]()

