Edi Rama bazar günü “flaminqo inqilabı” adlandırılan etirazlara münasibət bildirərək ABŞ prezidenti Donald Trumpın kürəkəni Jared Kushner ilə bağlı kurort layihəsinə qarşı çıxan bəzi etirazçıları sərt tənqid edib və onlardan bəzilərini “hayvan” adlandırıb.
Baş nazir həftəlik podkastında bildirib ki, ictimai fiqurların etirazlarla bağlı mövqe bildirmədiyinə görə onların konsertlərinin boykotuna çağırışlar qəbuledilməzdir. O, həmçinin sosial şəbəkələrdə edilən təzyiq və təhdidləri pisləyib.
Etirazlar 14 gündür davam edir və ötən həftə sonu Tirana küçələrinə on minlərlə insan çıxıb. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 100 minlə 200 min arasında iştirakçı olub.
Aksiya əsasən Kushnerlə əlaqəli kurort layihəsinin dayandırılması tələbi ilə başlayıb və 1991-ci ildə kommunist rejimin süqutundan bəri ölkədə ən böyük hökumət əleyhinə hərəkatlardan birinə çevrilib.
Rama etirazçıların “Albaniya albanlar üçündür” şüarını da tənqid edərək bunun istisnaçı ritorika yaratdığını bildirib.
Etirazların davamı təkcə Tirana ilə məhdudlaşmayıb; Nyu-York, Berlin, Vyana və London kimi şəhərlərdə də nümayişlər planlaşdırılıb.
İzmedia.az
![]()

