Netanyahu: Mübarizəmiz hələ bitməyib

1 Min Read

 

İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ və İran arasında əldə olunan razılaşmalara baxmayaraq, İsrailin mübarizəsinin davam etdiyini bəyan edib.

Netanyahu mətbuat konfransında bildirib ki, İsrail və ABŞ-ın birgə addımları ölkənin “nüvə məhvi” təhlükəsinin qarşısını alıb, lakin qarşıdurma hələ yekunlaşmayıb.

Baş nazir vurğulayıb ki, İsrailin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır və bu istiqamətdə lazım olan bütün addımlar atılacaq.

Livandakı vəziyyətə də toxunan Netanyahu qeyd edib ki, İsrail qüvvələri Hizbullah təhdidinin mövcud olduğu əraziləri nəzarət altına alıb.

O əlavə edib ki, təhlükə yaradan silahlar məhv edilib və İsrail ordusu zəruri olduğu müddətdə təhlükəsiz zonalarda qalacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş