Rusiyanın Vatikandakı səfiri İvan Soltanovski bildirib ki, Rusiya Papa XIV Leonun sülhməramlı mövqeyinə hörmətlə yanaşır, lakin bütün dünya liderləri Vatikanın mövqeyini bölüşmür.
Diplomatın sözlərinə görə, ABŞ prezidenti Donald Trumpın Roma Papasının İrandakı vəziyyətlə bağlı müharibə əleyhinə açıqlamalarına reaksiyası “son dərəcə emosional” olub.
O qeyd edib ki, Vatikan Yaxın Şərqdə baş verən hadisələrə biganə qala bilməz və katolik və diplomatik dairələrdə Papanın mövqeyinə dəstək artır. Soltanovski həmçinin vurğulayıb ki, Papa siyasi proseslərdən kənarda qalmağa çalışır və siyasi deyil, mənəvi lider kimi çıxış edir.
İzmedia.az
![]()

