Bosniya və Herseqovina Moneyval “boz siyahı”ya düşə bilər

1 Min Read

 

Bosniya və Herseqovina Moneyval tərəfindən tələb olunan tədbirləri yerinə yetirmədiyi üçün çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı zəif nəzarət edən ölkələr siyahısına daxil edilə bilər.

Ölkə mediasının məlumatına görə, qurumun cümə günü keçiriləcək iclasında Bosniya və Herseqovinanın “boz siyahı”ya salınması barədə qərarın qəbul olunması gözlənilir.

Qərar qəbul edilərsə, ölkə ilə bağlı beynəlxalq pul köçürmələri daha ciddi yoxlamalara məruz qalacaq və əməliyyatlar daha baha və ləng həyata keçiriləcək.

Məlumata əsasən, proses çərçivəsində Bosniya və Herseqovina iki il ərzində 13 tələb şərtini yerinə yetirməli olacaq. Onlardan biri şirkətlərin real benefisiar sahiblərinin vahid reyestrinin yaradılmasıdır.

Rəsmilər bildirirlər ki, bu sistemin olmaması institusional problemlərlə bağlıdır və ölkə 2015–2018-ci illərdə də eyni siyahıda olub.

İqtisadçılar isə xəbərdarlıq edirlər ki, “boz siyahı”ya daxil edilmə xarici investisiyaların azalmasına və maliyyə əməliyyatlarının bahalaşmasına səbəb ola bilər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş