Tramp: İranla memorandum təslim olmaq deməkdir

1 Min Read

 

ABŞ Prezidenti Donald Trump İranla mümkün anlaşma memorandumunun imzalanmasını faktiki olaraq “qeyd-şərtsiz təslim olmaq” kimi qiymətləndirib.

O, bu barədə Axios portalına müsahibəsində danışıb.

“Bu, yəqin ki, qeyd-şərtsiz təslim olmaqdır”, – deyə Tramp bildirib.

ABŞ lideri Vaşinqtonun İranı hərbi baxımdan tam məğlub etdiyini və tətbiq olunan dəniz blokadasının bunun göstəricisi olduğunu vurğulayıb.

Eyni zamanda, Tramp administrasiyasının İranla əldə etdiyi razılaşma ABŞ daxilində tənqidlərə səbəb olub. Demokrat senator Richard Blumenthal bu memorandumun ABŞ üçün “rüsvayçı razılaşma” olduğunu bildirib.

The New York Times isə yazıb ki, razılaşma Trampın daha əvvəl bəhs etdiyi “qeyd-şərtsiz təslim” modelinə uyğun deyil və İran üçün bir sıra iqtisadi üstünlüklər yaradır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş