İsrail ordusu Livanda 4 hərbçisinin öldüyünü açıqladı

1 Min Read

 

İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyat zamanı dörd hərbçisinin öldüyünü açıqlayıb.

Israel Defense Forces-in məlumatına görə, hadisə gecə saat 00:20 radələrində Tebnit kəndi yaxınlığında baş verib. Şübhəli bir obyekt 52-ci batalyonun hərbçilərinin olduğu tanka dəyib.

Ordu bildirib ki, hadisənin səbəbləri hazırda araşdırılır.

Həlak olanlar arasında 401-ci Zirehli Briqadanın 52-ci batalyon komandiri, podpolkovnik Dor Gedalia Ben Simhonun da olduğu qeyd edilib. O, bu vəzifəyə aprelin 20-də əvvəlki komandirin ağır yaralanmasından sonra təyin olunmuşdu.

İsrail ordusu digər üç hərbçinin ailələrinin məlumatlandırıldığını, lakin adlarının hələlik açıqlanmadığını bildirib.

Məlumata görə, Dor Gedalia Ben Simhon uzun hərbi ənənələrə malik ailədən idi. Onun həyat yoldaşı və iki qızı var idi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş