Almaniya ABŞ-ı Hörmüz boğazı ilə bağlı tənqid edib

1 Min Read

Boris Pistorius bildirib ki, ABŞ prezidenti Donald Trump Hörmüz boğazının bağlanmasında məsuliyyət daşıyır və su yolunun yenidən açılması vacibdir.

Almaniya müdafiə naziri ARD televiziyasına müsahibəsində qeyd edib ki, Avropa üçün enerji təhlükəsizliyi və iqtisadi bərpa baxımından boğazın açılması strateji əhəmiyyət daşıyır.

O, həmçinin bildirib ki, Hörmüz boğazında vəziyyətin normallaşması üçün İran və Omanın iştirakı vacibdir.

Almaniya kansleri Friedrich Merz də ABŞ-ın İrana zərbələrindən əvvəl müttəfiqlərlə məsləhətləşməməsini tənqid edib və NATO-nun bu münaqişəyə birbaşa cəlb olunmamasını vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş