Emmanuel Macron bildirib ki, Ukrayna məsələsi üzrə “könüllülər koalisiyası”nın növbəti iclası iyulun 13-də keçiriləcək.
Bu açıqlama Berlində Almaniya, İtaliya, Fransa, Böyük Britaniya və Polşanın daxil olduğu “Avropa Beşliyi” formatında keçirilən danışıqlardan sonra səsləndirilib.
Makronun sözlərinə görə, son dövrlərdə Avropa ölkələri ilə Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı mövqeləri xeyli yaxınlaşıb və bu birliyin daha da gücləndirilməsi vacibdir.
Fransa Prezidenti qeyd edib ki, bu yanaşma NATO-nun Ankara sammitində və ardınca iyulun 13-də keçiriləcək, Ukraynaya dəstək və təhlükəsizlik zəmanətlərinə həsr olunmuş “könüllülər koalisiyası” toplantısında davam etdiriləcək.
İzmedia.az
![]()

