Fox News xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte ABŞ-ın İrana qarşı hərbi əməliyyatı zamanı İtaliyadakı hərbi bazalardan 500 Amerika təyyarəsinin istifadə etdiyini bildirib.
Məlumata görə, Rutte “Epik Qəzəb” əməliyyatı çərçivəsində bu təyyarələrin İtaliya bazalarından havaya qalxdığını açıqlayıb.
Bu bəyanat İtaliyanın Baş naziri Corcia Meloninin ölkəsinin əməliyyatlarda ABŞ-a heç bir formada dəstək vermədiyi barədə açıqlamasına zidd olub.
Rutte-nin sözləri Romada narazılıq yaradıb. Daha sonra İtaliya Müdafiə Nazirliyi NATO baş katibinin iddialarını yanlış adlandırıb.
Nazirlik bildirib ki, ölkə yalnız ikitərəfli müqavilələrin şərtlərinə tam uyğun olan uçuşlara icazə verib.
İzmedia.az
![]()

