Yaponiyada 5,8 bal gücündə zəlzələ baş verib

0 Min Read

Milli Meteorologiya Agentliyinin məlumatına görə, bazar günü Yaponiyanın mərkəzində 5,8 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Tokio yaxınlığındakı Çiba prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Zəlzələlər Tokioda da hiss olunub.

İyunun 25-də Yaponiyada 7,2 bal gücündə zəlzələ baş verib, nəticədə 10 nəfər xəsarət alıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş