Daily Express qəzetinin verdiyi məlumata görə, Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ Prezidenti Donald Trampın İrana qarşı sərt bəyanatları fonunda tətilə getməsi səbəbilə tənqid olunub.
Qəzet yazır ki, Tramp İranı “məhv etməklə” hədələdiyi bir vaxtda Starmer İspaniyada tətil keçirib. Bildirilir ki, Baş nazir daha əvvəl “Beynəlxalq prosesləri sahildən idarə etmək olmaz” deyə açıqlama vermişdi.
Məqalədə həmçinin Starmerin, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması dövründə məzuniyyətdə olan keçmiş Britaniya Baş naziri Boris Johnson hökumətini tənqid etdiyi də xatırladılıb.
İzmedia.az
![]()

