ABŞ-ın Kentukki ştatında daşqınlar: azı 4 nəfər ölüb

0 Min Read

ABŞ-ın Kentukki ştatında güclü yağışların yaratdığı daşqınlar nəticəsində azı dörd nəfər həyatını itirib.

Bu barədə NBC News məlumat yayıb.

Ştatda fövqəladə vəziyyət elan olunub. Bir sıra bölgələrdə çayların daşması və intensiv yağıntılar səbəbindən suyun səviyyəsi 20 santimetrdən çox yüksəlib.

Son məlumata görə, 60-dan çox insan xilas edilərək təhlükəsiz ərazilərə təxliyə olunub.

Bildirilir ki, ölənlərdən bəziləri yaşayış binalarının zirzəmilərindən çıxa bilməyiblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş