Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) yerləşdiyi Energodar şəhərində Ukraynaya məxsus irimiqyaslı pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. Bu barədə şəhər meri Maksim Puxov məlumat verib.
O, Rusiyanın “Max” messencerində yazıb ki, şəhər gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb.
Puxovun sözlərinə görə, dronlar çox aşağı hündürlükdə, yaşayış binalarının pəncərə səviyyəsində uçub və mülki obyektləri hədəf alıb. Hücum nəticəsində binaların fasadlarında zədələnmələr qeydə alınıb.
Bundan əlavə, bir sıra mülki avtomobillərə də ziyan dəyib. Hadisə nəticəsində tələfat qeydə alınmayıb.
İzmedia.az
![]()

