Fransada ana iki övladını maşında unudub, uşaqlar həyatını itirib

1 Min Read

The Daily Mail nəşrinin məlumatına görə, Fransanın Carpentras şəhərində güclü istilər zamanı ana iki azyaşlı övladını avtomobildə unudub.

Bildirilib ki, avtomobilin salonunda temperatur təxminən 70 dərəcə selsiyə çatıb və nəticədə 4 yaşlı Kassim Benouali ilə 2 yaşlı qardaşı Sadiq ürək dayanmasından həyatını itirib.

Uşaqların nənəsinin sözlərinə görə, ana supermarketə gedərkən övladlarının maşında qaldığını unudub. Geri qayıdanda isə onları arxa oturacaqda huşsuz vəziyyətdə tapıb.

Hadisə günü havanın temperaturunun 48 dərəcəyə çatdığı qeyd olunur.

Məlumata görə, 33 yaşlı ana ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunub və onu 20 ilə qədər həbs cəzası gözləyir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş