Netanyahu Ərdoğanın bəyanatlarını “çox ciddi” qəbul etdiklərini bildirib

1 Min Read

İsrailin Baş naziri Benjamin Netanyahu bildirib ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan-ın İsrailə qarşı bəyanatları Təl-Əviv tərəfindən ciddi şəkildə qiymətləndirilir.

Bu barədə The Times of Israel nəşri Netanyahu ofisinə istinadən məlumat yayıb.

Netanyahu Nazirlər Kabinetinin iclasında deyib ki, Ərdoğanın İsrailin məhv edilməsi ilə bağlı çağırışlarını diqqətlə izləyirlər və bu məsələdə tarixi təcrübələrin onlara ciddi yanaşmağı öyrətdiyini vurğulayıb.

Baş nazir əlavə edib ki, bu bəyanatlar ABŞ administrasiyasının da diqqətinə çatdırılacaq.

Qeyd edək ki, Recep Tayyip Erdoğan 2023-cü il 7 oktyabrda başlayan Qəzza müharibəsindən sonra İsrailin ən sərt beynəlxalq tənqidçilərindən biri kimi çıxış edir.

Bu arada ABŞ prezidenti Donald Trump Türkiyə ilə yeni silah müqaviləsi, o cümlədən F-35 qırıcılarının tədarükü ilə bağlı danışıqlar aparıldığını açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş