“Türk Dünyası Həftəsi” ikinci gündə işini davam etdirir

1 Min Read

Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin ikinci günü öz işinə başlayıb.

 

İzmedia.az xəbər verir ki, gün ərzində “Türk dünyası və beynəlxalq əməkdaşlıq” və “Türk tarixinə baxış və ideoloji yanaşmalar” adlı panel müzakirələr keçiriləcək.

 

Müzakirələrlə yanaşı, Birinci Türkoloji Qurultaya və türk mədəni irsinə aid kitab təqdimatları və sərgilərin də olması nəzərdə tutulur.

 

Məlumat üçün bildirək ki, “Türk Dünyası Həftəsi”ndə ümumilikdə 20 ölkədən 200-dən çox qonaq iştirak edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş