Prezident İlham Əliyev Yaşar Əməşova general-mayor rütbəsi verdi

1 Min Read

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

İzmedia.Az xəbər verir ki Yaşar Əməşov 1976-cı il noyabrın 3-də Cəlilabad rayonunun Seyidbazar kəndində anadan olub. 1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsində, 2004–2008-ci illərdə Beynəlxalq hüquq fakültəsində təhsil alıb. 1997-1998-ci illərdə Cəlilabadda orta məktəbdə müəllim işləyib. 1998–2000-ci illərdə Silahlı Qüvvələrin sıralarında zabit kimi həqiqi hərbi xidmət keçib. 2000–2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının məsləhətçisi, 2004–2006-cı illərdə böyük məsləhətçisi, 2006–2007-ci illərdə baş məsləhətçisi, 2007–2008-ci illərdə sektor müdiri, 2008–2018-ci illərdə şöbə müdirinin müavini vəzifələrində işləyib. 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin, daha sonra İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin baş məsləhətçisi olub. 2019–2020-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Milli Məclislə əlaqələr sektorunun müdiri vəzifəsində çalışıb. Yaşar Əməşov 8 may 2020-ci il tarixdə Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş