Bloomberg: Trampın nümayəndələri Dohada İran üzrə danışıqlar aparıblar

1 Min Read

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner çərşənbə axşamı Dohada region liderləri və vasitəçilərlə müsbət danışıqlar aparıblar. Bu barədə “Bloomberg” agentliyi ABŞ administrasiyasının rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, ABŞ danışıqçıları Cared Kuşner və Stiv Uitkoff Qətərdə regional liderlərlə konstruktiv müzakirələr keçiriblər. Qeyd olunur ki, tərəflər arasında kövrək atəşkəsi təhlükə altına alan son hücumlardan sonra gərginliyi azaltmaq cəhdləri fonunda İranla texniki danışıqlarda irəliləyiş qeydə alınır.

Mənbənin bildirdiyinə görə, birbaşa yüksək səviyyəli heyətlər arasında olmasa da, aşağı səviyyəli nümayəndələr tərəfindən ayrıca aparılan bəzi texniki məsləhətləşmələrdə “irəliləyiş davam edir”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş