ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranla münaqişədə demək olar ki, bütün məqsədlərinə çatdığını açıqlayıb.
Tramp CNBC-yə verdiyi müsahibədə deyib: “Düşünürəm ki, onlar demək olar ki, ehtiyac duyduğumuz hər şeyə razılaşıblar”.
O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi münaqişə İslam Respublikasının nüvə silahları məsələsinin həllinə gətirib çıxarıb.
ABŞ prezidenti vurğulayıb ki, “Söhbət İranı nüvə silahlarından məhrum etməkdən gedir”.
Trampın sözlərinə görə, təxminən dörd ay davam edən münaqişə Amerika ordusunun məqsədlərinə çatmağı bacardığı nisbətən qısa bir dövrdür.
“Bəs mən nəyə nail oldum? Mən onları hərbi yolla məğlub etdim”, – deyə Amerika lideri bəyan etdi.
İzmedia.az
![]()

