İslam İnqilabı Keşikçiləri Korpusu: Bölgədəki 85 ABŞ hədəfinə qarşılıq verildi

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK ) verdiyi açıqlamada bildirilir ki, ABŞ ordusu bu səhər tezdən Hörmüzqan və Mahşəhr sahil əyalətlərindəki bir sıra bazalara və mülki hədəflərə hava hücumları həyata keçirərək atəşkəsi kobud şəkildə pozub .

Buna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz uçuş aparatları əməliyyatları ilə Port Salman, Bəhreynin Beşinci Dəniz Dairəsi və Küveytdəki Əli əl-Salim Hava Bazasında 85 mühüm Amerika hərbi obyektini məhv etdi və əməliyyatı pozmağa çalışan düşmənin MQ9 pilotsuz təyyarəsini də vurdu.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş