Qalibaf Hörmüz boğazının yalnız İranın şərtləri ilə açıq olacağını açıqladı

1 Min Read

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ı daha da gərginləşməyə qarşı xəbərdar etdi və Hörmüz boğazının yalnız Tehranın şərtləri ilə açılacağını açıqladı.

Qalibaf cümə axşamı X sosial şəbəkəsində yazıb: “Əgər zərbə endirsəniz, sizə cavab zərbəsi endiriləcək. Boş yerə vuruşmayın, əks halda daha da dərinə batacaqsınız. Hörmüz boğazı yalnız İran şərtləri ilə açılacaq, Amerika təhdidləri ilə deyil”.

Onun sözlərinə görə, ABŞ-da “onlar hələ də hədə-qorxu və vədləri pozmağın artıq cəzasız qalmadığını başa düşmürlər”.

Daha əvvəl Press TV İranın Küveyt və Bəhreyndəki ABŞ obyektlərinə raket atmaqla cavab verdiyini bildirmişdi. Kanal həmçinin İran raketlərinin İordaniyadakı Əl-Əzraq hava bazasına yönəldiyini bildirib.

Son iki gecə ərzində ABŞ İrana qarşı hücumları bərpa edib. Tehran bu hücumların cavabsız qalmayacağına söz verib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş