ABŞ İranın ən azı 13 şəhərinə zərbələr endirib – KİV

1 Min Read

NourNews agentliyinin verdiyi məlumata görə, ABŞ ordusu İslam Respublikasına qarşı yeni hücum dalğası zamanı İranın ən azı 13 şəhərinə zərbə endirib .

Məlumata görə, zərbələr Abadan, Əhvaz, Bəndər Abbas, Bəndəri-Məhşəhr, Behbahan, Buşehr, Cask, Dezful, Qeşm, Sirik, Xondab, Xürrəmşəhr və Əndimeşk şəhərlərinə endirilib.

Hava hücumları nəticəsində itkilər barədə heç bir məlumat verilməyib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika qüvvələrinin İrandakı hədəflərə qarşı daha bir zərbə dalğası başlatdığını bildirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş