ABŞ-də keçirilən qapalı dinləmədə Microsoft şirkətinin qurucusu Bill Qeyts maliyyəçi Ceffri Epşteynlə keçmiş görüşləri barədə ifadə verib. O, Epşteynlə əlaqələrinin xeyriyyə layihələrinin maliyyələşdirilməsi məqsədi daşıdığını, lakin sonradan bunun “böyük səhv” olduğunu etiraf edib.
Qeyts bildirib ki, Epşteynin qanunsuz fəaliyyətləri və cinsi cinayətləri barədə məlumatı olmayıb və heç vaxt belə hadisələrin şahidi olmayıb. Onun sözlərinə görə, əlaqələr 2011–2014-cü illərdə davam edib və vəd edilən layihələrin gerçəkləşmədiyini gördükdən sonra bütün əlaqələri kəsib.
Milyarder həmçinin etiraf edib ki, Epşteyn onun şəxsi həyatı ilə bağlı məxfi məlumatlara, o cümlədən ailə münasibətləri barədə məlumatlara sahib idi. ABŞ mediasında bu məlumatların Qeytsə qarşı təzyiq və ya şantaj məqsədilə istifadə olunub-olunmadığı müzakirə edilir. Qeyts isə Epşteynin qanunsuz əməlləri ilə hər hansı əlaqəsinin olmadığını vurğulayıb.
![]()
