Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodrigez iyulun 15-də elan etdi ki, Venesuelada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 4829 nəfərə çatıb.
Telegram kanalındakı paylaşımda deyilir: “4829 nəfər ölüb, 16740 nəfər yaralanıb, 6462 nəfər isə sağ qalıb”.
Qeyd olunur ki, 128.324 ailəyə yardım göstərilib, 17.907 vətəndaş evsiz qalıb. Bundan əlavə, 20.857 nəfər 106 müvəqqəti düşərgədə yerləşdirilib.
Hesabatda vurğulanır ki, yardım işlərinə 30.989 hərbçi və 31.315 könüllü, eləcə də 2.408 beynəlxalq xilasedici cəlb olunub. 34.872 xəstəyə tibbi yardım göstərilib.
Rodrigezin sözlərinə görə, zərərçəkənlərə 10.000 tondan çox ərzaq və 24 milyon litrdən çox su çatdırılıb. 1284 təkrar təkan qeydə alınıb.
İzmedia.az
![]()

