Ələt-Astara magistral yolunda qəza olub.
İzmedia.az xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Qəza zamanı minik avtomobili yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində 1 nəfər- Astara rayon sakini, 1955-ci il təvəllüdlü Tifatin Quliyeva
xəsarət alıb. O xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


![]()

