Axios mənbələrə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə Tehranla razılığa gəlmək ehtimalına şübhə ilə yanaşdığını bildirib.
Nəşr bildirir ki, Netanyahu Prezident Trampla görüşündə İranla sazişin bağlanmasının mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib və İrana iqtisadi təzyiqin “kinetik və qeyri-kinetik vasitələrlə” artırılmasını müzakirə edib.
Görüşdə Amerika liderinin nəzərdən keçirdiyi İranla bağlı gələcək hərəkətlər üçün üç mümkün ssenarinin müzakirə olunduğu dəqiqləşdirilib: danışıqların davam etdirilməsi və mümkün razılaşma, artan iqtisadi təzyiq və dəniz blokadası, eləcə də hərbi əməliyyatların bərpası.
Portalın məlumatına görə, tərəflər bütün variantları ətraflı müzakirə ediblər.
İzmedia.az
![]()

