“The Guardian” nəşrinin məlumatına görə, Böyük Britaniya Daxili İşlər Nazirliyi Brexitdən sonra ölkədə “əvvəlcədən məskunlaşma” statusu alan 1,3 milyon Aİ vətəndaşının yaşayış hüquqlarını yenidən nəzərdən keçirməyə başlayıb. Qurum artıq ən azı 100 nəfərə sözügedən icazənin “səhvən” verildiyini bəyan edib.
Araşdırmalar daimi yaşayış statusu üçün müraciət edənlərə, uşaqlara və 31 dekabr 2020-ci ildən sonra ölkəyə gələnlərə şamil olunur. Hüquq müdafiəçiləri və Müstəqil Monitorinq Orqanı bu addımın Brexit müqaviləsinə zidd ola biləcəyini və minlərlə insan üçün ciddi qeyri-müəyyənlik yaratdığını bildirirlər. Nazirlik isə statusu ləğv edilənlərin digər immiqrasiya yollarından yararlana və ya qərardan apellyasiya şikayəti verə biləcəyini qeyd edir.
İzmedia.az
![]()

