“Trend”in “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin Hörmüz boğazı ətrafındakı vəziyyəti hərbi gərginlikdən əvvəlki vəziyyətə qaytarmaq fikrində olmadığını bildirib. O qeyd edib ki, gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlər ABŞ-nin təxribatı və dəniz blokadasının nəticəsidir.
Bəqayinin sözlərinə görə, Omanla aparılan ikitərəfli məsləhətləşmələr uzun müddətdir davam edir və birbaşa boğazın açılması və ya bağlanması ilə bağlı deyil. Məqsəd İranın maraqlarını təmin edəcək mexanizmin hazırlanmasıdır. Sözçü vurğulayıb ki, Tehran milli maraqlara əsaslanaraq addım atır və hər hansı təzyiq yaxud medianın təhdidləri altında öz mövqeyindən geri çəkilməyəcək.
İzmedia.az
![]()

