İran və İtaliya qədim Tall-e Ajor kompleksini bərpa edir

1 Min Read

“Trend”in “Tehran Times” qəzetinə istinadən verdiyi məlumata görə, İran və İtaliya UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Persepolisdən təxminən 3 kilometr aralıda yerləşən “Tall-e Ajor” qədim mərasim qapısı kompleksinin bərpası üzrə birgə layihəyə başlayırlar. Layihə başa çatdıqdan sonra abidənin açıq səma altında muzeyə çevrilməsi və Persepolis tarixi kompleksinin turizm infrastrukturuna daxil edilməsi planlaşdırılır.

“Kir Qapısı” və ya “Fars Qapısı” kimi tanınan Tall-e Ajor Böyük Kirin əmri ilə tikilməyə başlayıb və oğlu II Kambisin dövründə başa çatdırılıb. Orijinal ölçüləri 30×40 metr, hündürlüyü 12 metr olan darvaza Babil sənətinin təsirini əks etdirən bəzəkli şirli kərpiclərlə işlənib.

Bərpa işləri üç mərhələdə (qiymətləndirmə, layihələndirmə və bərpa-konservasiya) həyata keçiriləcək. Layihədə italyan mühəndis və bərpaçıları ilə yanaşı, obyektin texniki icrasına məsul olan iranlı mütəxəssislər də iştirak edəcəklər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş