Avropa İttifaqının “EUNAVFOR MED IRINI” dəniz missiyasının flaqman gəmisi olan İtaliyanın “ITS Thaon di Revel” hərbi gəmisi Aralıq dənizində beynəlxalq sularda – Pantelleriya adasının qərbində Rusiyanın “kölgə donanması”na aid edilən və Aİ sanksiyaları altında olan “Toa Payoh” neft tankerini saxlayaraq yoxlayıb. İyulun 16-da Beninin Kotonu limanından İstanbula doğru yola düşən gəminin Kamerun bayrağından istifadəsinin qanuniliyi yoxlanılıb.
İtaliya Müdafiə Nazirliyinin məlumatına görə, kapitan əvvəlcə əməkdaşlıq etmədiyindən İtaliya hərbçiləri gəmiyə vertolyotla desant olunublar. Yunanıstan gəmisi və Polşa dəniz patrul təyyarəsinin də dəstək verdiyi 2 saatlıq əməliyyat insidentsiz yekunlaşıb. İtaliyanın müdafiə naziri Quido Krozetto hərbçilərə peşəkarlığa görə təşəkkür edib, nazirlik isə yoxlamanın BMT-nin Dəniz Hüququ Konvensiyasının (UNCLOS) 110-cu maddəsinə və missiyanın mandatına tam uyğun aparıldığını bildirib.
İzmedia.az
![]()

