Pakistanın Svat bölgəsində intiharçı terrorçu polis bölməsini hədəf alıb

1 Min Read

Pakistanın şimalındakı Svat bölgəsində yerləşən polis bölməsi yaxınlığında törədilən terror aktı nəticəsində ən azı 7 nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Hadisə vətəndaş cəmiyyətinin mitinqinin keçirildiyi ərazidə baş verib.

Svat polisinin baş müfəttiş müavini Fida Hüseyn AFP-yə bildirib ki, ölənlər arasında 4 polis əməkdaşı var və yaralıların çoxunun vəziyyəti ağırdır. Məlumata görə, terrorçu sıx kəsişmədə yerləşən polis bölməsinə girməyə cəhd etsə də, darvazada saxlanılıb və üzərindəki partlayıcı qurğunu işə salıb.

Hücum Xayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələrinin “Tehrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasına karşı mübarizə apardığı bir vaxtda baş verib. Pakistan silahlı qüvvələrinin məlumatına görə, ilin başlanğıcından bəri yaraqlıların hücumları və antiterror əməliyyatları nəticəsində 819 nəfər həlak olub. İslamabadın Əfqanıstanı yaraqlılara şərait yaratmaqda ittiham etməsi iki ölkə arasında sərhəd toqquşmalarına və ciddi gərginliyə səbəb olub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş